Vəli Qasımov və Elnur Məmmədov "Neftçi"dən qovuldu!

13:45 - 14 Sentyabr 2016

"Neftçi" son uğursuz nəticələrə görə komandadan göndərilənlərlə bağlı rəsmi məlumat yayılıb.
 

Sportal.az xəbər verir ki, məlumatda deyilir:

 

- Vəli Qasımov “A” komandanın baş məşqçisi vəzifəsindən azad edilsin;
- Elnur Məmmədov klubun icraçı direktoru vəzifəsindən azad edilsin;
- Mübariz Xudiyev klubun icraçı direktorunun idman məsələləri üzrə müavini vəzifəsindən azad edilsin;
- İcraçı direktorun idman məsələləri üzrə müavini vəzifəsi klubun struktur dəyişikliyi ilə əlaqədar olaraq ləğv edilsin.

 

“Neftçi” PFK yuxarıda adları sadalanan şəxslərə klubdakı fəaliyyətinə görə təşəkkürünü bildirir və onlara gələcək karyeralarında uğurlar arzulayır.

 

Yeni təyinatlarla bağlı məlumat yaxın zamanda elan olunacaq.

Xəbər xətti