AFFA-dan klublarımıza cəza

14:14 - 14 Sentyabr 2016

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, İK Azərbaycan Premyer Liqanın 4-cü turunda baş verən qayda pozuntuları ilə bağlı müvafiq qərarlar qəbul edib.


Azərbaycan Premyer Liqasının IV turunun “Neftçi” – “Qəbələ” matçının 5-ci və 48-ci dəqiqələrində “Neftçi”nin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olunub.

 

Azərbaycan Premyer Liqasının IV turunun “Kəpəz” – “Zirə” matçında “Zirə”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 57-ci dəqiqəsində “Kəpəz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.

 

Azərbaycan Premyer Liqasının IV turunun “Qarabağ” – AZAL matçında ev sahibi “Qarabağ” oyunu topdaşıyan uşaqlarla təmin etmədiyinə görə 400 manat cərimə olunub.

Xəbər xətti