"Slovanın baş məşqçisi: "Bu, bizim üçün ən çətin oyun idi" MÜSAHİBƏ

21:14 - 15 Sentyabr 2016

Avropa Liqasının qrup mərhələsinin birinci turu çərçivəsində "Qarabağ" doğma meydanda Çexiyanın "Slovan" klubu ilə qarşılaşıb.

 

Sportal.az xəbər verir ki, 2 - 2 hesablı bərabərliklə başa çatan matçdan sonra qonaqların baş məşqçisi Yindrix Trpişovski mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

Heç-heçə gözlənilən nəticə idi. İlk 15 dəqiqə biz hücumda idik. Daha sonra “Qarabağ” hücumlar təşkil etdi, biz müdafiə olunmalı olduq. İkinci hissədə vəziyyət dəyişdi. 4-5 qol imkanımız oldu. “Qarabağ” çox güclü komandadır. Biz bunu bilirdik. Bu matç bizim üçün ən çətin oyun idi.

 

- Bu günkü oyunu baş məşqçilərin və kapitanların dueli hesab etmək olar?
- Tək bir futbolçunun yox, bütün komandanın oyunu idi. Hər futbolçu öz gücünü göstərdi. Yalnız kapitanları fərqləndirmək olmaz.

 

- Son 25 dəqiqədə pressinq tətbiq edirdiz. Sanki futbolçular yorulmurdu. 3-cü hissə də olsaydı bu tempdə oynaya bilrədiz?

- Bəli, 3-cü hissə də olsaydı belə tempdə oynayardıq. Gücümüz çatardı.

 

- 90 dəqiqə ərzində başınızda papaq qoymağınızın nəsə bir mənası var?
- 20 il ərzində bu kepka həmişə mənimlədir.

Xəbər xətti