Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la 2:2-lik heç-heçə edən “Slovan”ın hücumçusu Milan Baroş çexiyalı jurnalistlərə müsahibə verib.
Sportal.az həmin müsahibəni təqdim edir:
- Nəticəni yaxşı hesab etmək olar?
- Əla oyun keçirdik. Qələbə də qazana bilərdik. Buna çox yaxın idik. 1 xal qazanmadıq, 2 xal itirdik. Turnirə belə başlamaq yaxşı oldu
- 1 dəfə rəqibi məyus etdin və tarixi qolun ötürməsini etdin...
- İlk qol... Gözləmirdim. Topu ələ keçirdim. Şikoraya ötürdüm və qol oldu. Hər şey bir anda baş verdi. 2-ci qolda isə ofsayda düşməmək üçün geridə dayandım. Eqon Vuxun zərbəsini rəqib qapıçı dəf etsə də, özümü topa çatdırdım və qol vurdum.
- 10.69-cu saniyədə qol vuracağınızı gözləyirdin?
- Qol vuracağımıza inanırdım, amma ilk saniyələrdən yox. Heç kəs bu qolu gözləməzdi. Bu, rekorddur. Şikoranı təbrik edirəm.
- Rəqibin oyununu necə dəyərləndirirsiniz?
- “Qarabağ” ilk hissədə yaxşı oynadı. Erkən qolla onları şoka salsaq da hesaba tarazlıq gətirdilər. İkinci hissədə isə bərabər mübarizə getdi. Qələbə qazanmaq istəsək də, 1 xalla kifayətlənməli olduq.
- Nəticəni ədalətli hesab edirsiz?
- Futbol bəzən qəddar, bəzən isə gözəldir. Hesabı qoruya bilmədik. Amma “Qarabağ” da xal qazanmağa layiq idi. Onlar ilk hissədə yaxşı oynamışdılar.