“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin ilk görüşündə “Slovan”la heç-heçə edib – 2:2.
Sportal.az xəbər verir ki, UEFA ilk oyunlardan sonra statistik göstəriciləri açıqlayıb.
Tərtib edilən siyahıda ən dəqiq ötürmə edilən futbolçuların siyahısı müəyyənləşib. Siyahının ilk pilləsində "Alkmar"ın futbolçusu Rens van Eydendir. Hollandiyalı yarımmüdafiəçi 92 ötürmənin 87-də dəqiq oynayıb (96%). 2-ci yerdə isə 86 ötürmənin 84-də dəqiq oynayan "Anderlext"in yarımmüdafiəçisi Stefan Bacidir.
Siyahıda "Qarabağ"ın futbolçusu Migel Markos Madera və Elvin Yunuszadə də var. Siyahıda 4-cü olan ispaniyalı yarımmüdafiəçi 86 ötürmə edib ki, bunların da 79-u dəqiq alınıb (92%). 5-ci yerdə qərarlaşan Yunuszadə isə 78 ötürmənin 75-də səhvsiz olub (96%).
saytlarin hazirlanmasi