"Neftçi"nin baş məşçqisi Ağasəlim Mircavadov olmalıydı, amma qoymadılar ÖZƏL

14:08 - 16 Sentyabr 2016

Vəli Qasımovun istefaya göndərilməsindən sonra “Neftçi”nin baş məşqçisi postuna bir neçə namizədin adı hallanırdı. Hətta “Neftçi”yə mütləq şəkildə əcnəbi çalışdırıcının gətiriləcəyini deyənlər də var idi.

 

Sportal.az saytı bu məsələylə bağlı maraqlı xəbər əldə edib. Əslində, “Neftçi” Ağasəlim Mircavadova tapşırılmalıymış. Hətta tapşırılıb da. Müşahidə Şurasının sədri Çingiz Abdullayev təcrübəli mütəxəssislə görüşüb və razılıq əldə olunub. Lakin Çingiz bəy bu niyyətini daha yuxarılarla bölüşəndə SOCAR-dan “yox” cavabı gəlib və bu anlaşma baş tutmayıb.

 

Ağasəlim Mircavadovun “Neftçi”yə keçidini əngəlləyən səbəblərin kökü hələ 10 il əvvələ gedib çıxır. O vaxt, hələ “Neftçi”nin prezidenti Rövnəq Abdullayev olarkən, Mircavadov flaqmanı “Xəzər Lənkəran”a dəyişmişdi. Və o zamandan bəri Rövnəq Abdullayevin Ağasəlim Mircavadovla münasibətləri pozulmuşdu. İddia edilir ki, Mircavadov kimi təcrübəli mütəxəssis qala-qala Məşqçilər Komitəsinə Vaqif Sadıqovun rəhbərlik etməsinin də səbəbləri məhz o hadisəylə bağlıdır.

 

Xəbər xətti