"Slovan"ın qapıçısı: "Rəşad Sadıqovun qolunda şanssızlıq yaşadım" MÜSAHİBƏ

11:53 - 17 Sentyabr 2016

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la 2:2-lik heç-heçə edən “Slovan”ın qapıçısı Martin Dubravka klub saytına müsahibə verib.

 

Sportal.az həmin müsahibəni təqdim edir:

 

- Nəticəni yaxşı hesab etmək olar?

- "Oyunun nəticəsin yaxşı hesab etmirəm. Qələbəyə çox yaxın olsaq da, son anda bunu əldən verdik. 2 xal itirdiyimiz çün üzgünük. Deyərdim ki, bəxtimiz gətirmədi. Qrupda cəmi 1 oyun keçirmişik. 2 xalın dəyərini nöbəti turlarda biləcəyik".

 

- Rəqibin 1 xal qazanması ədalətizlik deyil?
- Oyunun ilk saniyələrində fərqləndik. Rəqib də eyni qolu bizə oyunun sonlarında vurdu. Hər iki qolu sürpriz adlandırmaq olar. “Qarabağ” yaxşı futbolçulardan təşkil olunmuş komandadır. Biz də həmçinin yaxşı kollektivik. Ədalətsiz deməzdim, amma 3 xala layiq oynadıq, meydanda cəsarətli idik.

 

- Rəşad Sadıqovun zərbəsini görə bildiz?
- Sadə zərbə deyildi, çətin idi. “Qarabağ”ın kapitanı zərbəni yaxşı endirdi. Topa uçsam da, dəf edə bilmədim. Qol zamanı bir az şanssızlıq da yaşadım.

 

- Reynaldo çox çalışsa da, fərqlənə bilmədi…
- Onunla üz-üzə də qaldıq. Onun qol vurmasına mane oldum. “Qarabağ” evdə oynadığı üçün qələbə qazanamq istəyirdi, amma biz zəif deyildik.

 

- Erkən qol sizə necə kömək oldu?
- Bu halda rəqib şoka düşür. Təsəvür edin ki, 10-cu saniyədə qol və yenidən oyuna başlamalı olursan. Oyunun gedişində yaxşı əks-hücunlarımız oldu, amma yararlana bilmədik.

 

- Bu xal itkisi qrupdan çıxmaq üçün maneə yaradacaq?
- Deməzdim. Bizi qarşıda 5 vacib oyun gözləyir.

 

- Martin Latka ilə oyun necə alındı?
- Latka təcrübəli futbolçudur. O, komandaya qısa müddətdə adaptasiya olub. David Hovorka və Latka keyfiyyətli performans nümayiş etdirdilər.

 

- Bir sözlə, Lukaş Pokorninin boşluğunu doldurmaq mümkün oldu?
- Təbii ki, Pokorninin meydanda eri görünürdü. Lukaş bizim kapitanımızdır. Biz yığcam oynadıq. Pokorninin boşluğunu doldura bildik. Yaxşı oyun nümayiş etdirdik.

Xəbər xətti