Bu gün Azərbaycan Premyer Liqasında V tura start veriləcək.
Sportal.az xəbər verir ki, ilk oyun günündə 2 görüş keçiriləcək. Turun açılış matçı Sumqayıtda oynanılacaq. Eyniadlı komanda “Kəpəz”lə görüşəcək.
Günün ikinci oyunu “İnter Arena”da keçiriləcək. Son turda "Qəbələ"yə 0:8 hesabı ilə uduzaraq biabır olan “Neftçi” 4 turdan sonra ikinci pillədə qərarlaşan “İnter”in qonağı olacaq. Paytaxt derbisi Elxan Abdullayevin “Neftçi”dəki debütu ilə yadda qalacaq.
Premyer Liqa
V tur
18 sentyabr
18:00 “Sumqayıt” - “Kəpəz” 1:1
QOLLAR: Vaqif Cavadov, 69 - Kərim Diniyev, 73
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Nahid Əliyev, Rahil Ramazanov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Kərim Ağayev
“Kapital Bank Arena”
20:00 “İnter” – “Neftçi” 2:1
QOL: Rauf Əliyev, 87, 90+2 - Araz Abdullayev, 67 (pen)
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Akif Əmirəli, Elman Musayev
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Əli Hüseynov
“İnter Arena”