“İnter"in yarımmüdafiəçisi Elnur Abdullayev Topaz Premyer Liqanın V turunda "Neftçi" ilə keçirilən oyundan (2:1) sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az həmin müsahibəni təqdim edir:
- Əzmkar qələbə qazandınız...
- “Neftçi” ötən tur böyük hesabla məğlub olmuşdu. Buna baxmayaraq, rəqibə hörmətlə yanaşmaq lazımdır. Oyuna yaxşı hazırlaşmışdıq. “Neftçi”yə yeni baş məşqçi gəldiyi üçün komanda özünü yaxşı tərəfdən göstərmək istəyirdi. Gözəl oyun keçdi, son dəqiqələrdə qələbə qazandıq.
- Son dəqiqələr də nə baş verdi ki, daha çox irəli atıldınız və iki qol vurdunuz?
- Futbolun gözəlliyi bundadır ki, hesabın necə olacağı öncədən məlum deyil. Üç xal qazanmağı çox istəyirdik və buna nail olduq.
- Qapınıza təyin edilən penalti qərarı ədalətli idi?
- Dəqiq baxmasam, deyə bilmərəm. Amma eşitdiyimə görə penalti vardı.
- Bu qədər çətin oyun keçəcəyini gözləyirdiniz?
- Çətin olacağını bilirdik. Bu, futboldur, hər şey ola bilər. “Neftçi”yə uğurlar arzu edirəm.
saytlarin hazirlanmasi