Araz Abdullayevdən "Qarabağ" açıqlaması

16:17 - 19 Sentyabr 2016

"Neftçi”nin futbolçusu Araz Abdullayev adının "Qarabağ”la hallanmasına münasibət bildirib.

 

"Ağ qaralar”ın kapitanı Sportal.az-a açıqlamasında haqqında gəzən xəbərləri yalanlayıb:

 
"Mən də həmin xəbərləri oxumuşdum. Amma dəqiq heç bir məlumatım yoxdur. Mənim "Neftçi" ilə müqaviləm var”.
 
Qeyd edək ki, "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da Arazın "Qarabağ”a keçidi haqqında yayılan xəbərlərə münasibət bildirmişdi. Təcrübəli çalışdırıcı da, millimizin futbolçusu ilə maraqlanmadıqlarını vurğulamışdı.

 

Maraq üçün bildirək ki, Arazın yay transfer dönəmində Rumıniyanın "Astra" klubuna keçidi gündəmə gəlsə də, transfer son anda baş tutmamışdı.

Xəbər xətti