Birinci divizionda mübarizə aparan “Şahdağ”ın futbolçusu Kamran Nurəhmədov diqqət mərkəzindədir.
Sportal.az xəbər verir ki, o, Azərbaycan futbol tarixinə ən qocaman oyunçu kimi düşüb. 1967-ci ildə anadan olan Nurəhmədovun 49 yaşı var. O, ötən tur “Şəmkir”lə oyunun 80-ci dəqiqəsində meydana çıxıb.
Komandasına qazandırdığı cərimə zərbəsindən vurulan qolla da “Şahdağ” 3 xal qazanıb.
Sözügedən oyunda həmçinin onun oğulları Kamil və Habil də iştirak edib.
saytlarin hazirlanmasi