"Azərbaycanda futbol olsaydı, 49 yaşında meydana çıxmazdım"

14:14 - 20 Sentyabr 2016

Qusarın "Şahdağ" klubu hər kəsi təəccübləndirməyə davam edir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan çempionatının I divizionunda yarışan "Şahdağ"ın heyətində "Şəmkir"ə qarşı 49 yaşlı futbolçu oynayıb. Bu göstəriciylə Azərbaycan futbolunda yeni rekord müəyyənləşdirən Habil və Kamil Nurəhmədov qardaşlarının atası Kamran Nurəhmədovdu. 80-ci dəqiqədə Ramil Mansurovun yerinə daxil olan 49 yaşlı futbolçu "Şahdağ"ın yeni transferidi.

 

Qəribədi ki, Kamran Nurəhmədov Rusiya çempionatının 3-cü divizionunda yarışan Dağıstanın "Leki" klubunun da baş məşqçisi və oyunçusudu.

 

"Şahdağ"da meydana çıxmasıyla bağlı "Futbol+" qəzetinə danışan Kamran bəy heç bir çətinlik hiss etmədiyini deyib:

 

"Azərbaycanda futbol var? Bu ölkədə futbol elə mənim oynaya biləcəyim səviyyədədi. Burda normal futbol olsaydı, mən oynamazdım".

Xəbər xətti