Azərbaycan Premyer Liqasında 5-ci tura yekun vuruldu.
Sportal.az xəbər verir ki, turun qarşılaşmalarına azarkeşlər tərəfindən maraq az olub. Belə ki, baş tutan 4 matçı cəmi 3920 azarkeş stadiondan izləyib.
Ən çox tamaşaçı "Kapital Bank Arena"da keçirilən "Sumqayıt" - "Kəpəz" görüşündə qeydə alınıb. Belə ki, bu oyunu 1320 nəfər tribunadan izləyib.
Digər qarşılaşmalara gəlincə, "Qarabağ" - "Zirə" 1100, "İnter" - "Neftçi" 500, "Qəbələ" - AZAL matçında isə 1000 azarkeş qeydə alınıb.
saytlarin hazirlanmasi