“Qəbələ”nin U-19 komandası bu gün UEFA Gənclər Liqasının Çempionlar yolunda ilk oyununa çıxacaq.
Sportal.az xəbər verir ki, təmsilçimiz öz meydanında Moskva “Dinamo”sunu sınağa çəkəcək.
Qarşılaşma saat 19:00-da başlayacaq.
UEFA Gənclər Liqası
Çempionlar yolu, I mərhələ
İlk oyun, 21 sentyabr
19:00 “Qəbələ” (Azərbaycan) – “Dinamo” (Moskva, Rusiya) 0:2
QOLLAR: Nikita Kaluqin, 42, Nikolay Obolski, 48
Baş hakim: Alper Ulusoy
Baş hakimin köməkçiləri: İbrahim Bozbey, İlker Takpak (hamısı Türkiyə)
Dördüncü hakim: Ömər Paşayev (Azərbaycan)
Hakim-inspektor: Asim Xudiyev (Azərbaycan)
UEFA nümayəndəsi: İrakli Nakaidze (Gürcüstan)
Qəbələ şəhər stadionu