"Qarabağ"ı PAOK-dan güclü adlandıran Dodo "Qəbələ"yə dönmək istəyir

14:33 - 21 Sentyabr 2016

Ötən mövsüm “Qəbələ”dən ayrılan braziliyalı futbolçu Luis Paulo Hilario (Dodo) Azərbaycanda keçirdiyi illərdən danışıb.

 

Sportal.az hazırda Yunanıstanın AEL (Larissa) klubunda çıxış edən yarımmüdafiəçi "Qafqazinfo"ya açıqlama verib.

 

Dodo öncə Ellada futbolundan danışıb:

 

“Bura Azərbaycandan tamamilə fərqlənir. Həm futbol baxımından, həm də yaşamaq baxımından fərqlər həddən çoxdur. Mənim üçün o qədər də asan deyil. Çox şey danışmaq istəmirəm”.

 

“Sambaçı” “Qəbələ”də oynadığı illəri hər zaman xatırladığını bildirib:

 

“Mən heç zaman “Qəbələ”də oynadığım illəri unutmadım. Bəzən çox darıxıram. Mükəmməl günlərim keçib. Ümid edirəm ki, oralara qayıdacam. “Qəbələ”nin də uğurlu günləri davam edir və mən buna sevinirəm. Onlar ikinci dəfə Avropa Liqasının qrup mərhələsinə düşməklə hamıya sevinc bəxş etdilər. Yenidən bu komandaya dönmək istəyirəm. Əgər bir də bu komandada oynamaq şansım olsa, heç vaxt “Qəbələ”ni tərk etmərəm”.

 

Dodo Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan PAOK haqqında da fikirlərini bölüşüb:

 

“PAOK yaxşı komandadır. Ötən il biz də onlara qarşı oynamışdıq. Amma “Qarabağ” daha güclüdür. Düşünürəm ki, Azərbayca klubu onlarla oyunlarda maksimum nəticə qazanacaq”.

 

Xəbər xətti