Respublika stadionunun son durumu FOTOLAR

18:10 - 21 Sentyabr 2016

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova Tofiq Bəhramov adına Respublika stadionunda jurnalistlərlə görüşüb.

 

Sportal.az xəbər verir ki, stadionun ot örtüyünün durumu ilə bağlı jurnalistlərin suallarını cavablandıran Səmayə Məmmədova arenanın oyunların keçirilməsi üçün tam hazır olduğunu  vurğulayıb:

 

“Bildiyiniz kimi, bir müddət öncə Tofiq Bəhramov adına Respublika stadionunda ot örtüyü ilə bağlı müəyyən problemlər yarandı. Bu da təbii ki, havaların çox isti keçməsi ilə bağlı idi. Stadion bir neçə ildir ki, “Qarabağ” klubunun istifadəsinə verilib. Ot örtüyünün tamamilə sıradan çıxmaması üçün “Qarabağ” klubu və stadionun mütəxəssisləri qabaqlayıcı tədbirlər gördülər. Hazırda stadionun ot örtüyünün durumuna ingilis mütəxəssis Filip Şarples nəzarət edir. O bizə zəmanət verib ki,  artıq stadionun ot örtüyü ilə bağlı problemlər yaranmayacaq”.

 

S.Məmmədova  “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində Yunanıstanın PAOK klubunu Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edə biləcəyini də qeyd edib:

 

“Qarabağ”ın PAOK-u “Tofiq Bəhramov”da qəbul edib-etməyəcəyi barədə bizə çox suallar ünvanlanır. Hazırda stadionun ot örtüyünün durumuna baxdıqda “Qarabağ”ın PAOK klubunu burada qəbul edə biləcəyini demək olar”.

 

 

 

 

 

 

Xəbər xətti