Mövsümə uğursuz başlayan "Neftçi" Azərbaycan Premyer Liqasının VI turunda "Sumqayıt"ı qəbul edəcək.
Sportal.az xəbər verir ki, "ağ-qaralar"ın zədəli futbolçuları Vançe Şikov və Katalin Tira artıq komanda ilə birgə çalışmalara start verib. Hər iki futbolçu "kimyaçılar"a qarşı oyunda forma geyinə biləcək. "İnter"lə oyunda qarşılaşmanın sonlarında zədələnərək meydanı tərk edən Jairo Filyonun da durumu yaxşıdır və məşqlərini davam etdirir.
Qeyd edək ki, "Neftçi" - "Sumqayıt" oyunu sentyabrın 27-də baş tutacaq. "Əlincə Arena"da keçiriləcək oyun saat 19:00-da başlayacaq.
saytlarin hazirlanmasi