"Neftçi"yə vaxt verdi, FİFA-ya şikayət edəcək ÖZƏL

19:36 - 22 Sentyabr 2016

Uğursuzluq zolağından çıxa bilməyən “Neftçi” daha bir problemlə üzləşib. Sportal.az-ın əldə etdiyi məlumata görə, italiyalı mütəxəssis Covanni Melkiorre “Neftçi”dən FİFA-ya şikayət etməyə hazırlaşır.

 

Covanni Melkiorre bu ilin mart ayında “Neftçi” ilə 3 aylıq müqavilə imzalayıb və anlaşma bitəndən sonra klubun sıralarını tərk edib. Lakin “Neftçi” ona cəmi 1 ayın maaşını verib, digər 2 ayın ödənişi edilməyib.

 

İndiyə qədər pulunu ala bilməyən fiziki hazırlıq üzrə məşqçi “Neftçi”yə 1 həftə vaxt qoyub. Bu müddət ərzində borcunu verməsələr, Melkiorre FİFA-ya şikayət edəcək.

 

Xəbər xətti