Şahin Diniyev narazı qaldı, əvəzedici heyətə göndərdi

20:00 - 22 Sentyabr 2016

Premyer Liqanın 5-ci turunda “Kəpəz” səfərdə “Sumqayıt”la heç-heçə edib. Gəncə klubunun çalışdırıcısı Şahin Diniyev nə nəticədən, nə də komandanın göstərdiyi oyundan razı qalıb.

 

Sportal.az-ın əldə etdiyi məlumata görə, həmin oyundan sonra Şahin Diniyev bəzi futbolçulara iradını bildirib. Vüqar Bəybalayev isə əvəzedici heyətə göndərilib.

 

Qeyd edək ki, “Kəpəz” 5 turdan sonra 6 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 

Xəbər xətti