Rəşad Sadıqov: "Baş məşqçilik çox məsuliyyətli işdi"

22:00 - 22 Sentyabr 2016

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov dünən klubunun 19 yaşlılardan ibarət komandasını baş məşqçi kimi ilk rəsmi oyununa çıxarıb. "Qarabağ" səfərdə "Zirə"yə 1:2 hesabıyla məğlub olub.

 

Sportal.az xəbər verir ki, komandanın baş məşqçisi Rəşad Sadıqov debüt oyunu haqda öz fikirlərini Ağdam klubunun rəsmi saytına bölüşüb:

 
"Dünən baş məşqçi kimi ilk oyunuma çıxdım. Bilirdim ki, baş məşqçi və futbolçu ayrı-ayrı peşələrdir, dünən də bu mənimçün sübut olundu. Baş məşqçilik çox məsuliyyətli işdi. Oyuna gəldikdə isə, hər iki komandanın ifasında maraqlı və gərgin mübarizə izlədik. Hər iki komanda istəkliydi, nəticə üçün əllərindən gələni edirdilər. Bu da sevindiricidir ki, gənclərimiz 90 dəqiqə mübarizə apardı. Qarşıma qoyulan məqsəd, əsas komandanın oyun prinsipinə uyğun bir komanda formalaşdırmaqdır. İki aya yaxın idi ki, bunun üzərində işləyirdik. Və dünən qarşılaşmada da əsas komandamıza aid oyun fəlsəfəsinin şahidi olduq, amma buna baxmayaraq daha çox çalışmalıyıq. Dünən qələbə qazana da bilərdik, məğlub da ola bilərdik. Komandanın göstərdiyi oyundan razı qaldım, verilən tapşırıqları layiqincə yerinə yetirdilər. Fərdi səhvlərə görə məğlub olduq. Amma belə templə davam etsək, daha yaxşı oyun göstərib nəticələr əldə edə bilərik".

 

Xəbər xətti