Mahir Şükürov "Neftçi"yə qayıdışından danışdı

01:30 - 23 Sentyabr 2016

Millimizin sabiq üzvü Mahir Şükürov "Neftçi"yə dönüşünü haqqında fikir bildirib.

 

Sportal.az xəbər verir ki, bu barədə 34 yaşlı müdafiəçi şəxsi "facebook" səhifəsində yazıb. 

 

Klubun hazırkı kapitanı Araz Abdullayevlə avtobusda çəkilmiş fotosunu paylaşan Şükürov bunları yazıb:

 

"Hər şey yaxşıdır. Mən demişdim ki, "Neftçi"dən başqa heç yerdə oynamayacağam. Budur, evimdəyəm". 

 

Qeyd edək ki, Mahir Şükürov hələlik formasını bərpa etmək üçün "Neftçi"nin məşqlərinə qoşulub. Hazırlıq durumu məşqçilər heyətini qane etsə, onunla müqavilə bağlanılacağı istisna deyil. 

Xəbər xətti