"Boavişta"nın baş məşqçisi Ervin Sançes Portuqaliya Premyer Liqasının 6-cı turunda “Portu”ya uduzduqları (1:3) oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az xəbər verir ki, boliviyalı kobud səhvlərə görə uduzduqlarını bildirib:
“Hər iki komanda yaxşı oynadı. Sadəcə etdiyimiz səhvlər bizə baha başa gəldi. Düşünürəm ki, 1 xal qazana bilərdik. Növbəti oyunlara ciddi hazırlaşmalıyıq”.
46 yaşlı çalışdırıcı Aleks Tellesin cinah ötürməsindən sonda Kamran Ağayevin kobud səhvə yola verərək topu tuta bilməməsini belə şərh edib:
“Səhvlərimizin üstündə işləməliyik. Mən meydana çıxıb topu tuta bilmərəm axı. Düzdür, bu səhvi həzm etmək çox çətindir. Lakin mən futbolçularımı hər zaman dəstəkləyirəm”.
saytlarin hazirlanmasi