"Zirə"dən ayrılan futbolçu İspaniya klubunda

13:46 - 25 Sentyabr 2016

Ötən mövsümün sonunda "Zirə"dən ayrılan ispaniyalı Luis Alberto Diez (Tato) özünə yeni klub tapıb.

 

Sportal.az xəbər verir ki, 24 yaşlı futbolçu karyerasını ölkəsində davam etdirəcək. Tato İspaniyanın 3-cü divizionunda çıxış edən "Eskobedo" klubu ilə müqavilə imzalayıb. Bu barədə məlumatı futbolçu özü saytımıza açıqlamasında bildirib.

 

Qeyd edək ki, Tato ötən mövsüm "Zirə"də 32 oyun keçirib və 5 qol vurub.

Xəbər xətti