"Qəbələ" Premyer Liqanın 6-cı turunda "Zirə"ni səfərdə 2:0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, qarşılaşmada dubl edən Teo Uiks jurnalistlərin suallarını cavablandırıb:
- Liderliyinizi bu tur da qorudunuz...
- Çempion olmaq üçün bütün oyunlarda qalib gəlmək lazımdır. Hazırda bu davam edir. Demək asandır, amma qələbə qazanmaq çətindir.
- Qələbə seriyanızın sirri nədir?
- İstəyirik ki, uduzmayaq. Kompakt şəkildə oynayırıq. Bizim müdafiə xəttimiz güclüdür.
- “Qarabağ”la oyunda qələbə seriyasını davam etdirmək mümkün olacaq?
- “Qarabağ” çox güclüdür. Biz yaxşı müdafiə olunsaq, belə onlar bizə qol vura bilər. Onlar da bizim kimi Avropa Liqasının qrup mərhələsində çıxış edən komandadır. Oyunlarını diqqətlə izləmişəm və çox yaxşı kollektivdirlər.
- Avropa Liqasında “Maynz”a qarşı oyunu da buraxacaqsınız. Bu, sizə necə təsir edir?
- Özümü çox üzgün hiss edirəm. Komandam oynayır və mən bunu kənardan izləyirəm. İstəyirəm ki, komandama meydanda kömək olum. Qələbə sevincini onlarla birgə yaşamaq istəyirəm. Məğlub olduqda da həmçinin.
saytlarin hazirlanmasi