Türkiyə Super Liqasında mübarizə aparan “Trabzonspor” klubu hücum xəttində sıxıntılar yaşayır.
Sportal.az xəbər verir ki, 5 oyundan sonra yalnız Qara Dəniz təmsilçisi yalnız 3 qol vurub. Həmin 3 qola isə yarımmüdafiəçilər imza atıb. Böyük ümidlərlə heyətə cəlb edilən Hun Yun Suk və Fabio Kastilyo isə 5 turdan sonra susublar. Bundan əlavə Muhammed Dəmir də mövsümə yaxşı başlamayıb. “Trabzonspor”un digər 2 hücumçusu Dame Ndoye və millimizin üzvü Ramil Şeydayev isə Super Liqada debüt şansını qazanmayıb.
Kastilyonun komandaya uyğunlaşmaması və Sukla Dəmirin formada olmaması görə “Trabzonspor”un baş məşqçisi Ərsun Yanal Ndoye və Şeydayevə şans verməyi planlaşdırır.
Millimizin üzvünün “Karabükspor”la Super Liqanın 6-cı turunda keçiriləcək matçda debüt edəcəyi gözlənilir.
saytlarin hazirlanmasi