Avropa Liqasının pley-off mərhələsində "Qarabağ" 0:3 hesabı ilə məğlub olaraq mübarizəni dayandıran İsveçin “Göteborq” klubunun qolkiperi Con Alvbeyc yerli mətbuata maraqlı açıqlamalar verib.
Sportal.az xəbər verir ki, İsveç çempionatının 24-cü turunda "Oestersunds" üzərində qazanılanlan 2:0 hesablı qələbədən sonra "Göteborq"un qapıçısı jurnalistlərin suallarını cavablandırıb. 34 yaşlı qapıçı "Qarabağ"la oyunu da yada salıb:
"Avrokuboklara vəsiqə qazanmaq istəyirik. Avropa Liqasının qrup mərhələsində çıxış etmək ən böyük arzumuzdur. Bu mövsüm buna çox yaxın olsaq da, son anda şans bizdən üz döndərdi. "Qarabağ"la keçirdiyimiz səfər oyunu yadıma düşəndə üzülürəm. Xüsusilə də buraxdığım ilk qol (Rəşad Sadıqovun vurduğu qolu nəzərdə tutur). "Oestersunds"un da oyun tərzi "Qarabağ"dakı kimidir. Lakin qələbə bizə çox lazım idi. Avrokuboklar üçün sona qədər mübarizə aparacağıq".
Qeyd edək ki, "Göteborq" İsveç çempionatında 24 turdan sonra 42 xal toplayıb və 4-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi