Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, İK Azərbaycan Premyer Liqasının 3-cü turundan təxirə salınmış oyunda və 6-cı turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul edib.
Azərbaycan Premyer Liqasının III turundan təxirə salınmış “Qəbələ” – “Sumqayıt” matçında meydançaya azarkeş daxil olub və nəticədə 1 dəqiqəlik fasilə yaranıb. “Qəbələ” klubu oyunda təhlükəsizliyi tam təmin etmədiyinə görə klub 4000 manat cərimə olunub.
Oyunun 85-ci dəqiqəsində “Sumqayıt”ın baş məşqçisi Samir Abbasov texniki zona qaydaların pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunub.
Azərbaycan Premyer Liqasının VI turunun AZAL – “İnter” matçında Peşəkar Futbol Liqasının himninin səslənməməsi və stadionun tablosunun işlək vəziyyətdə olmamasına görə AZAL klubuna xəbardarlıq olunub. Bu hal yenidən təkrarlanacağı təqdirdə klubla bağlı daha ciddi tədbir görüləcək.
saytlarin hazirlanmasi