"Neftçi" əzmkar qələbə ilə başladı LAYİHƏ

15:24 - 27 Sentyabr 2016

AFFA-nın təşkil etdiyi U-11 Liqasında paytaxt üzrə də mövsümə start verilib. Açılış turunun ən maraqlı qarşılaşması "Neftçi" ilə "inter" arasında olub.

 

Artıq 5-ci dəqiqədə Anar Qarayev "İnter"i hesabda irəli çıxarıb. Lakin fasilə ərəfəsində hesab bərabərləşib. Murad Məmmədov fərqlənib. Murad ikinci hissənin əvvəlində daha bir qol vurub. 38-ci dəqiqədə "İnter"in heyətində Vladimir Tsaryov fərqlənsə də, cəmi 1 dəqiqə sonra Həsən Məmmədovun vurduğu qolla "Neftçi" qələbə qazanıb. 

 

U-11 Liqası

I tur

“Neftçi” – “İnter" 3:2

 

Qollar: Murad Məmmədov, 18,31, Həsən Məmmədov, 39 – Anar Qarayev, 5, Vladimir Tsaryov, 38. 

 

QEYD: Bu layihə heç bir qurum tərəfindən maliyyələşmir. Sportal.az uşaq futbolunun təbliğatı üçün bu layihəni öz imkanları hesabına gerçəkləşdirir.

 

Xəbər xətti