Rəhman Hacıyev: "Bilmirik bu atmosferdən necə çıxaq" MÜSAHİBƏ

00:15 - 28 Sentyabr 2016

Azərbaycan Premyer Liqasının VI turu çərçivəsində keçirilən "Neftçi" - "Sumqayıt" matçında qələbəyə sevinən tərəf qonaqlar olub -2:1.

 

Sportal.az xəbər verir ki, ardıcıl 5-ci məğlubiyyətdən sonra bakılıların yarımmüdafiəçisi Rəhmən Hacıyev oyunla bağlı fikirlərini bildirdib.

 

Gənc futbolçunun müsahibəsini təqdim edirik:
 
"Oyuna yaxşı başlamışdıq. Amma bunun davamını gətirə bilmədik. İndi elə bir atmosferdəyik ki, bundan çıxmalıyıq. Baş məşqçimiz yenidi. Elxan müəllimin gəlişindən sonra yeni taktikada oynayırıq və buna öyrəşməliyik. Bizə müəyyən qədər vaxt lazımdı. Ümid edirəm ki, bundan sonra hər şey yaxşı olacaq”.
 
-Komanda istəkli olsa da, son anda alınmır. Nə baş verir?
-Qol epizodlarımız olur. Ancaq bunlardan istifadə edə bilmirik. Bu gün də elə oldu. Dediyim kimi, taktikamızı da dəyişmişik. Bütün bunlara öyrəşməli, yaxın vaxlarda toparlanmalıyıq.
 
-Ruslan Qurbanovun gedişi komandaya təsir etməyib?
-Ruslan "Neftçi”də az qol vurmayıb. O, bizim üçün əhəmiyyətli oyunçulardan biri idi. Düşünürəm ki, komandaya yeni futbolçular da lazımdı. Hazırkı durumda heyətimiz kasaddı.
 
- Komandadan göndərilməyi düzgün deyildi?
- Əlbəttə düzgün deyildi. Mövsümün ortasında getdi. Həqiqətən də pis təsir etdi.
 
-Demək istəyirsən ki, Qurbanovun komandadan göndərilməsində "Neftçi" rəhbərliyi doğru qərar verməyib?
-Bu onların qərarıdı. Mən onların qərarına heç nə deyə bilmərəm.
 
-"Neftçi” çempionatın autsayderlərindən biridi və 5 oyundu məğlub olursunuz. Ümumiyyətlə, hər dəfə məğlub olduqdan sonra nə düşünürsünüz?
-Heç nə... Əlbəttə, məğlubiyyətlər komandaya pis təsir edir. Allaha and olsun ki, gecə yata bilmirik. Bilmirik bu atmosferdən necə çıxaq. İndi Elxan müəllim gəlib, məşqlərdə çalışırıq. Ümid edirik ki, yaxşı olacaq.
 
-Bu vəziyyətdə sizə psixoloq lazım deyil?

-Yox.

Xəbər xətti