Azərbaycan Premyer Liqasının 6-cı turu üçün azarkeş sayı məlum olub.
Sportal.az xəbər verir ki, turun rekordu Gəncədə qeydə alınıb. Gəncə şəhər stadionunda keçirilmiş “Kəpəz” - “Qarabağ” oyununu (1:1) 14238 tamaşaçı tribunalardan izləyib ki, bu da, nəinki son turun, həm də cari mövsümün ən yüksək göstəricisidi.
Turun antirekordu isə Şüvəlanda qeydə alınıb. “AZAL Arena”da yerli AZAL-ın “İnter”ə məğlubiyyətinin (1:3) cəmi 300 tamaşaçı canlı şahidi olub.
Digər oyunlardan Zirədə baş tutmuş “Zirə” - “Qəbələ” oyununda (0:2) 800, Masazırdakı “Əlincə Arena”da keçirilmiş “Neftçi” - “Sumqayıt” qarşılaşmasında (1:2) isə 600 tamaşaçı qeyd alınıb.
Ümumilikdə turun 4 oyununu 15938 tamaşaçı tribunalardan izləyib ki, bu da, hər oyuna orta hesabla 3984 azarkeş deməkdi. Bu, cari mövsümdə qeydə alınmış ən yüksək göstəricidi.
saytlarin hazirlanmasi