Azərbaycan Premyer Liqasında ardıcıl 5-ci məğlubiyyətini alan "Neftçi" daha bir problemi həll etməlidi. Sportal.az Futbol11.az-a istinadən xəbər verir ki, söhbət bakılıların sabiq fiziki hazırlıq üzrə məşqçisi Covanni Melkiorre ilə arasında olan məsələdən gedir.
"Ağ-qaralar" italiyalı mütəxəssisin çalışdığı vaxt 2 ay maaşını ödəməyib. Elə bu səbəbdən o, "Neftçi"dən pulunu almaq üçün artıq Bakıdadı. Bizdə olan bilgiyən görə, klub Melkiorreyə 30 min dollar ödəməlidi. "Ağ-qaralar" bundan boyun qaçıracağı halda, italiyalı FİFA-ya üz tutacaq.
Qeyd edək ki, Melkiorre "Neftçi"dən əvvəl "Xəzər Lənkəran"da da çalışmışdı.
saytlarin hazirlanmasi