ŞOK: Məşhur güləşçimiz "İŞİD"in tərkibində öldürüldü

11:07 - 29 Sentyabr 2016

Dagıstan güləşçisi, Azərbaycan yığmasının  üzvü olmuş Çamsulvara Çamsulvarayev barədə sensasiyalı iddia irəli sürülüb.

 

Sportal.az Rusiya mətbuatına (www.kavkaz-uzel.eu) istinadən xəbər verir ki, o, İraqda öldürülüb. Çamsulvara Çamsulvarayevin İŞİD sıralarında döyüşdüyü bildirilib. Bildirilib ki, İraqa getdikdən sonra özünə “Al Bara” adını götürən sabiq güləşçi Mosul şəhərində öldürülüb.

 

Çamsulvarayevin həlak olmasını Britaniyanın IHS Analitik Mərkəzinin eksperti Coanna Paraşuk da təsdiqləyib. Məlumatda o da deyilir ki, Çamsulvara Dağıstandan olan başqa bir yaraqlı, “Əbu Zeyd” ləqəbli Məhəmməd Əhmədovla birgə öldürülüb.

 

Qeyd edək ki, Çamsulvara Çamsulvarayev Avropa çempionu, dünya çempionatının gümüş və bürünc mükafatçısı olub.

 

Xəbər xətti