"İnter"in aşağı yaş qruplarında məşqçilik etmiş Vaqif Hidayətov Sportal.az saytına müsahibə verib. O klubdan uzaqlaşdırılmasından və digər məsələlərdən danışıb.
- Bilmək istəyirdim ki, “İnter”də son gedən islahtlardan danışardınız. İşdən kənarlaşdırılan insanlardan biri də siz idiniz...
- Rəşad Qasımov bizi yanına dəvət etdi və bildirdi ki, “Yuventus” layihəsinə uyğun gəlmirsiz. Bu proyektdən hər kəsin xəbəri var. Özüm də səbəbini bilmirəm. Mən də klub üçün iş qaydası normaldır. Murad Babayev və Oruclu Samiri aşağı yaş aşağı yaş qruplarına təhvil verdim. Əkbər Vəliyev isə əvəzedicilərlə müqavilə imzaladı. Əgər işimə düzgün yanaşmırlarsa, klubun hansı perspektivindən danışaq? Bizim məqşçi kateqoriyalarımız B-dir. Əvəzimizə gələnlər isə daha aşağı kateqoriyaya daxildilər. Sadəcə “Rəvan” və “Zirə”nin keçmiş məşqçilərini gətirmək istəyirdilər. Halbuki onlar klublarında heç bir nəticə verməyib və klub üçün heç nə etməyiblər. Mən isə 2001-ci il təvəllüdlü futbolçuların komandasını yenidən yığdım, 14 yaşlılarda isə çempionluq sevinci yaşadıq. 4 il ərzində komandanı yığıb nəticə vermişəm.
- Almaniyalı koordinator Yohan Engbrexti gələndən sonra nə baş verdi ki?
- Mən onunla şəxsən söhbət etdim. O, bizdən narazıçılığın olduğunu bildirdi. Qazaxıstanın “Kayrat” klubuna gedən Peter Neuştatderin bizdən narazı qaldığını bildirdi. Amma bu, belə deyil. Peter bütün məşqçiləri yoxlayırdı, məni isə yox. O, mənə güvəndiyini və işimə məsuliyyətli yanaşdığımı söyləyirdi.
- Bəs, siz demədiniz ki, Neuştatder Qazaxıstandan sizin işinizə necə müdaxilə edib?
- Peter Neuştatder onlara siyahı verib və gedənlərin adını yazıb. Siyahıda olanlar getməli idi və əvəzlərinə yenisi gəlməlidi idi. Yohan Engbrexte deyir ki, AFFA-dan adam gəlib və sizi izləyib. Mən bildirdim ki, həmin nümayəndəni mənə deyin, problemlərimi desin. 3 gün sonra Yohan mənə bildirdi ki, sizin məşqinizi heç kim izləməyib. Mən ona keyfiyyətə görə işlədiyimi dedim. Mən bu gün əvəzedicilərə 1 futbolçu vermişəm. Gələcəkdə bu daha da arta bilərdi. Onlar Bağırov Muradı itirdilər. Boyu 1.91 sm idi. Çox perspektivli idi. Ad da qoydular ki, bu bizə lazım deyil. Həmin uşaq “Spartak”a yoxlanışa getdi və bəyənildi. Axı, bu necə ola bilər?
- Rəşad Qasımov məsələyə müdaxilə etdi?
- Belə çıxır ki, Yohan Engbrexti informasiyanı düzgün çatdırmayıb. İstəyib ki, yenilik etsin. Amma mən bu yeniliyi görmürəm. Təzə məşqçi üçün vaxt lazımdı. Vəli Hüseynov, Elmir Mirzəyev və digər məni kimi məşqçiləri 2-ci plana atırlar. Halbuki onlar məşqçiliyə yeni başlayıblar. Peter Neuştatder “Rəvan”da işləyəndə yaxşı münasibətimiz var idi. Amma “İnter”ə gələndə hamı ilə münasibəti dəyişdi. Bu günə qədər Peter bizə heç nə başa salmayıb və öyrətməyib.
- Səlahiyyət baxımından Rəşad Qasımovun sözü keçmirdi?
- Hər şeyə Yohan Engbrexte baxırdı. Əvəzedicilərə və aşağı yaş qruplara o, baxırdı. Mən Rəşad Qasımova da dedim ki, müəllim, bu sizin sözləriniz deyil. Mən bilirəm ki, Rəşad müəllim bizi saxlamaq istəyirdi. O, uğur qazanmaq istəyir. Lakin bütün səlahiyyət Yohanda idi. Rəşad Qasımov əsas heyətə qarışır, amma aşağı yaş qruplara və əvəzedicilərə sözü keçmir. Mənə əvvəlcədən deməli idilər. Çempionatın startında 4 nəfəri işdən çıxardılar. Bizə heç bir söz deyilməmişdi. Əvvəlcədən deyilsəydi, işimizi bilərdik. Hazırda işsizəm.
- Rəhbərliyə haqqınızı halal edirsiz?
- Rəşad müəllimdən narazılığım yoxdu. Halal xoşu olsun. Amma Rafael Yusifovdan tutmuş Yohan Engbrextiyə kimi halallıq vermirəm. İnsanla belə rəftar etmirlər. Sabah Yohan gedəndən sonra Rafael bizim üzümzə necə baxacaq? Mən azərbaycanlıyam. Rafael söz gəzdirdi ki, guya mən uşaqlarımı götürüb aparıram. Mənim uşaqlarımın müqaviləsi var. Uşaqlarla da hallalaşdıq, sağollaşdım. Nadir müəllimi onlara təqdim etdim. Mənə o təsir etdi ki, bizə qarşı soyuqqanlı yanaşdılar. Məşqçilərlə belə yanaşmaq olmaz. Biz futbolumuza xidmət edirik. “İnter”in öz bazası ola-ola məşqçilərini klubdan uzaqlaşdırır. Beynəlxalq bankın prezidentinin sədri Elmar Məmmədov bizim klubdan nəyə görə göndərildiyimizə görə açıqlama versin. Mənim işimə baxsınlar. Elşən Abdullayev, Emil Balayev, Rəşad Sadiqov və digər futbolçuları yetişdirmişəm. Yohan Engbrexte və Rafel Yusifov etdikləri haqsızlığa görə Elmar Məmmədova hesabat versinlər ki, 4 nəfəri niyə işdən azad ediblər.