Bakıya gələn "Bild"in əməkdaşı: "Azərbaycanı tanımırdım" MÜSAHİBƏ

13:53 - 29 Sentyabr 2016

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qəbələ”ni bu gün çətin sınaq gözləyir. Təmsilçimiz doğma azarkeşləri önündə Almaniyanın "Maynts” klubunu qəbul edəcək. Ötən gün Bakıya təşrif buyuran qonaqlar arasında alman jurnalistlər da vardı. Biz də dünyada ən məşhur nəşrlərdən olan "Bild”in əməkdaşı Peter Dörrlə söhbət etdik. 
 
Sportal.az saytına müsahibə verən almaniyalı Bakıya gəlişindən, "Qəbələ”dən və paytaxtımızdakı bərbad tıxacdan danışdı.  
 
- İlk dəfədi ölkəmizə səfər edirsiz?
- Bəli. Bu, mənim həyatımda bir ilkdi. 
 
- Ümumiyyətlə, Almaniyada Azərbaycan deyiləndə nə yada düşür?

- Azərbaycan haqda heç nə bilmirdim. Ancaq Bakı barədə eşitmişdim. Paytaxtinızı da, hava limanından gələndə  gördüm. Böyük şəhərdi. Belə deyim, yaxşı mənadə təəccübləndim. Etiraf edim ki, Bakıda həddindən artıq avtomobil var. 
 
- Yağışlı havada tıxac sizi incitmədi?
- Düzdü, "yox” deyə bilmərəm. Həddən artıq çox maşın var. Bizdə də maşınlar, döngələr çoxdu, ancaq buradakı kimi deyil.
 
- Klublarımız – "Qəbələ” və "Qarabağ” haqqında məlumatınız varmı?
- Düzdü, komandalarınız haqda eşitmişdim. Ancaq bu komandalar barədə heç nə deyə bilmərəm. Çünki nə "Qəbələ”nin, nə də "Qarabağ”ın oyunçularını tanımıram. Sadəcə, "Qəbələ”nin "Anderlext”lə oyununu izləmişəm və rəqibin heyətində yalnız Baqali Dabonu fərqləndirə bilərəm.
 
- "Qəbələ” ilə oyuna ehtimalınız nədi?
- Çətin oyun olacaq. Çünki "Maynts” da Almaniyada kiçik komandalardan biridi. Ona görə də, onlar Avropa Liqasında oyunlarını ciddiyə alırlar. Bəlkə də digər böyük komandalarımız "Maynts” kimi həvəsli deyillər. Bir sözlə, təmsilçimizin motivasiyasının yüksək olduğunu fikirləşirəm. Ancaq komandamız üçün də asan olmayacaq.
 
- Fikrimcə "Qəbələ" uduzmayacaq. Bəs, sizcə?

- Məncə, 1-1 olacaq (gülür).

 

Mehman ƏŞRƏFOV

Xəbər xətti