"Maynts"ın baş məşqçisi: "Layiqli qələbə qazandıq" MÜSAHİBƏ

21:56 - 29 Sentyabr 2016

Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçirilən "Qəbələ" - "Maynts" matçı qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra almanların baş məşqçisi Martin Şmidt oyunla bağlı fikirlərini səsləndirib.

 

Bizi çətin oyun gözləyirdi. “Qəbələ” əks hücumda yaxşı oynayan komandadır. İlk hissədə rəqib fərqlənə bilərdi. İkinci hissənin sonlarında isə biz yaxşı oynayıb qələbə qolunu vura bildik. Fasilədə komandama “Qəbələ”nin hücuma keçəcəyini demişdim. Belə də oldu. Qapımıza penalti təyin olundu, daha sonra müdafiə səhvindən qol buraxdıq. Sonrab isə dəyişikliklər etdim bu da özünü doğrultdu. Hesabda geri düşmüşdük. Son vaxtlar belə oyunlarımız olur. Daha sakit oynamalıyıq. Ümumi götürdükdə layiqli qələbə qazandıq. Bu Avroliqada ilk qələbəmiz idi. Özü də səfər qələbəsi. Dekabrda “Qəbələ”ni Almaniyada gözləyirik. Düzdür bir az soyuq olacaq, amma düşünürəm ki, orada da belə maraqlı oyun keçəcək.

 

- Hesabda geri düşəndə nə düşünürdüz?

- Hər iki qol induvidual səhvdən vuruldu. Psixoloji olaraq komanda yaxşı vəziyyətdədir. Futbolçularım hesabda geri düşdükdən sonra da mübarizə apardılar.

 

- Analiz etdiyiniz “Qəbələ”ni görə bildiz, yoxsa fərqli komanda gördüz?

- “Qəbələ”ni yaxşı təhlil etmişdik. Rəqib yaxşı müdafiə olunan və sürətli hücuma keçən komandadır. Xüsusən də belə vəziyyətlərdə Dabodan istifadə edirlər. Gözlədiyimizin əksinə olaraq “Qəbələ” ilk dəqiqələrdə sürətli hücumlarla bizə çətinliklər yaratdı.

 

- Fəqrli heyətlə çıxmışdız? Futbolçular etimadınızı doğrultdu?

- Qolları vuran futbolçuları ehtiyyatda saxlamağımız səbəbi son Bundesliqa matçında oynamaları idi. Ona görə onları ikinci hissədə meydana buraxdım.

 

- Dabonu fərqləndirdiz. Maraqlıdır bu futbolçuya nə qədər qiymət verərdiz?

- Biz videotəhlil zamanı Dabonu yaxşı izləmişdik. Mərkəz hücumçusu olaraq hər zaman müdafiə üçün çətin anlar yaşadır. O ki, qaldı onun transfer qiymətinə bu sualı idman direktorumuzdan soruşsaz yaxşı olar (gülür).

Xəbər xətti