Millimizin qapıçısı Kamran Ağayevin Portuqaliya çempionatının 7-ci turunda da “Boavişta”nın əsas heyətində yer alıb-almaması söhbətlərinə komandanın baş məşqçisi Ervin Sançes aydınlıq gətirib.
Sportal.az xəbər verir ki, boliviyalı mütəxəssis “Moreirense” ilə oyundan əvvəl mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Təcrübəli mütəxəssis “Portu” ilə oyunda kobud səhvə yol verən Ağayevə güvəndiyini bildirib:
“Əvvəlki oyunlarda çərçivəni Ba və Meyra qorumuşdu. Hər oyunda bir qapıçıya şans vermək düzgün deyil. Səhvi hər bir qolkiper edə bilər. Buna görə də Kamranı çarmıxa çəkmək olmaz”.
saytlarin hazirlanmasi