Azərbaycan Premyer Liqasının VII turu çərçivəsində baş tutan "Sumqayıt” – AZAL oyunu 1-1 hesablı bərabərliklə başa çatıb.
Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında AZAL-ın baş məşqçisi Tərlan Əhmədov fikirlərini bildirib:
"Bu gün yaxşı oyun sərgilədik. İlk hissədə daha yaxşı oynadıq. İkinci hissədə isə rəib yaxşı oynadı və biz müdafiəyə çəkilməyə məcbur olduq. Qazanılan xala görə futbolçulara təşəkkür etdim. Bəzi txnimki səhvlərimiz var idi ki, zamanla bunları aradan qaldırmağa çalışacağıq. Qarşıda fasilə gəlir və bundan maksimum yararlanmağa çalışacağıq”.
- Müdafiəçilərinizdən razı qaldınız?
- Bu gün bəzi dəyişikliklər etmişdim. Bu gün seçimim Ruslan Əmiranovu müdafiədə oynatmaq idi. Deyim ki, müdafiədə yaxşı oynadıq. Ancaq vurduğu qola görə "Sumqayıt”ın futbolçusu Mirabdulla Abbasova təşəkkür edirəm.
- Futbolçularınız vaxtı öldürməyə çalışırlar...
- Yox. Mən məşqdə də futbolçularıma acımıram. Futbol kişi oyunudu və kişi kimi oynamalısan. Mən tapşırmıram ki, vaxt udun. Ancaq futbolun gözəlliyi də, belə məsələlərdədi. Ancaq mən heç vaxt futbolçulara tapşırmıram ki, belə edin. (Futbol11.az)
saytlarin hazirlanmasi