Azərbaycan Premyer Liqasının 7-ci turunda səfərdə “Neftçi”yə uduzan (0:1) “Kəpəz”in baş məşqçisi Şahin Diniyev oyunsonrası mətbuat konframsında jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az xəbər verir ki, Diniyev oyunla bağlı bunları deyib:
- Matç ağır keçdi. İlk hissədə çoxlu qol vəziyyətlərini boşa verdik. Bizim günümüz deyildi. “Neftçi” 3 xala layiq idi. Mənə elə gəlir ki, futbolçularım “Neftçi”ni qiymətləndirə bilmədilər. Uşaq səhvlərindən qollar buraxdıq.
- Qapıçı Tadas Simaitis bu gün kobud səhvlər etdi...
- Düzdü, səhvləri oldu. Amma bir oyuna görə futbolçunu hesabdan silmək olmaz.
- Komandanın daxilində hər hansı problem varmı?
- Yox. Sadəcə, motivasiya cəhətdən problemlərimiz var. Daha çox işləmək lazımdı. Bu məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirəm.
- “Neftçi”ni qiymətləndirməməkdə “Qarabağ”la heç-heçənin təsiri varmı?
- Var. Məşqçi üçün ən çətini uğurdan sonra komandanı bir araya gətirməkdi. Burda mənim də günahım var. Nə qədər çalışsam da, uşaqları o heç-heçənin fikrindən çıxara bilmədim. Fərdi söhbətlər aparsam da, xeyri olmadı.
- Bu nəticədən sonra komandanıı necə toplayacaqsız?
- Məğlubiyyətdən sonra komanda özü-özünə toplanır. Bundan sonra futbolçulara nəsə deməyimə ehtiyac yoxdu. (komanda.az)