Əliyar Ağayev: "Bu oyunu baş hakim kimi idarə etmək istəmirdim" MÜSAHİBƏ

00:20 - 2 Oktyabr 2016

Avropa Liqasının qrup mәrhәlәsindә baş tutan "Roma" - "Astra" oyununa tәyinat alan FİFA dәrәcәli referimiz Әliyar Ağayev Sportal.az-a müsahibә verib.

 

Həmin müsahibəni təqdim edirik:
 

- Gələcəkdə avrokubok oyunlarına təyinat gözlənilir?
- Əsas olaraq ona çalışırıq. Yeni təyinat xəbərini gözləyirik.

 

- Hakim-inspektor işinizdən razı qaldı?
- Hakim-inspektor işimizdən razı qaldı. Qiymət isə oyundan 2-3 gün sonra açıqlanır.

 

- Çempionlar Liqasında oyun idarə etməyin mümkün olacaq?
- Oyun versələr, çalışarıq ki, etimadı doğruldaq. Çempionlar Liqasında oyun idarə etmək üçün I kateqoriyalı hakim olmalısan. Əsas odur ki, I kateqoriyaya yüksəlim.

 

- Özünə kumir seçdiyin referi var?
- Özündən razılıq kimi çıxmasın, mənim kumirim yoxdu. Hər hakimin yaxşı cəhətlərinə baxıb öyrənirik.

 

- Avropa Liqasından sonra ölkə çempionatının oyununu idarə etmək çətin deyil?
- Baş hakim kimi bu oyunu idarə etmək istəmirdim. Xaqani Məmmədovla danışdım və ona yorğun olduğumu söylədim. Ona görə də bu gün köməkçi hakim oldum.

 

- Sənin üçün pik nöqtə haradır?
- Dünya çempionatının final mərhələsi fikrimcə, pik nöqtə olar. Bu, futbolçular üçün də belədir.

 

- “Roma” – “Astra” oyununda əfsanəvi futbolçu Françesko Tottiyə verdiyin sarı vərəqə sosial şəbəkələrdə geniş müzakirə edildi…
- Bu oyun epizodu idi (gülür).

 

Xəbər xətti