Azərbaycan Premyer Liqasının VII turunda "Neftçi” "Kəpəz”i 2-0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, oyundan sonra "Neftçi”nin kapitanı Araz Abdullayev jurnalistlərin suallarını cavablandırıb:
Ardıcıl bir neçə oyunda məğlub olmuşduq. Bütün diqqətimizi bu oyuna yönəltmişdik ki, qələbə qazana bilək. Artıq oyunumuz düzəlmək üzrədi, top saxlamağı bacarırıq. Düzdü. Oyun gərgin keçdi, amma komandamız artırmağa davam edir. Bundan sonra çempionatda bir neçə günlük fasilə olacaq, onda da çalışacağıq ki, çatışmayan cəhətlərimizi aradan qaldıraq.
- Düşünürsünüz, uğurlu çıxışda əsas səbəb nədi? Rəhbərlik, yoxsa məşqçi dəyişikliyi?
- İndi komandada yaxşı ab-hava var. Vəziyyətimiz bu qələbədən sonra bir qədər də düzələcək. Deyərdim ki, məşqçi dəyişikliyinin rolu oldu. Lazımı səviyyəyə çatmaq üçün bundan sonra da daha yaxşı çıxış etməyə çalışacağıq.
- Öz oyunun haqqında nə deyə bilərsən?
- Buna kənardan baxanlar fikir bildirə bilər. Özüm haqqında danışmağı sevmirəm. Zəif yerlərim var və bunları aradan qaldırmağa çalışmalıyam.
- Səncə, hansı çatışmayan cəhətlərin var?
- Məncə bunu məşqçilər, kənardan oyunuma baxanlar fikir bildirə bilərlər. Fiziki çatışmazlıqlar var ki, tədricən aradan qalxır.
- Oyundan sonra qələbəyə çılğınca sevinirdiz...
- Çünki ardıcıl neçə oyun idi ki, qələbəyə həsrət idik. Komanda yoldaşlarıma da təşəkkür edirəm, vuruşduq, nəhayət qələbə qazana bildik.
- Qarşıdan millinin toplanışı gəlir...
- Evdə oyanayacağıq. Bütün futbol ictimaiyyəti, azarkeşlər bizdən qələbə gözləyirlər. Fikrimcə, sərfəli nəticə əldə edə bilərik. Çalışıram ki, "Neftçi”dəki vəziyyət millidəki mövqeyimə təsir eləməsin.
- Mahir Şükürov hazırda komandanın oyunçusu olmasa da, sizinlə birgə məşq edir. Bunu sizin üçün əalvə stimul hesab etmək olarmı?
- Əlbəttə. Mahir "Neftçi”nin oyunçusu, kapitanı olub. O, hazırda bizimlə birlikdə məşq edir. Düşünürəm ki, komandaya qoşulsa, bizə çox xeyri dəyər. (Futbol11.az)