"Mançester Yunayted"in qənimi ilə "Qəbələ" də bacarmadı LAYİHƏ

13:38 - 2 Oktyabr 2016

Azərbaycanda uşaq futbolunun təbliğatı istiqamətində fəaliyyətimizi davam etdiririk. Saytımızın çəkiliş qrupu bu dəfə U-13 Liqasının oyununu işıqlandırmaq üçün Binə qəsəbəsinə yollanıb. 2-ci tura “Qəbələ” – “Rəvan” matçı ilə start verilib.

 

“Qəbələ” açılış turunda “Neftçi” İK İB komandasına 0:1 hesabıyla məğlub olmuşdusa, “Rəvan” 2:1 hesabıyla “Mançester Yunayted” (Bakı) komandasını məğlub etmişdi. Bu yaş qrupunun güclüləri sırasına aid edilən “Qəbələ” ilə “Rəvan” arasındakı oyun maraqlı məcrada keçdi. Birinci hissədə hər iki komandanın qol vurmaq üçün imkanları olsa da, fasiləyə qədər hesab açılmadı.

 

İkinci hissəyə “Rəvan” daha yaxşı başladı. Xəyal Əliyev əla reyd etsə də, zərbəsi qapıdan aralı keçdi. “Rəvan” nəhayət 32-ci dəqiqədə istəyinə çatdı. Sərxan Məmmədov qapı qarşısına göndərilən topu baş zərbəsi ilə tora göndərdi. Lakin qələbə hesabını qoruyub saxlaya bilmədilər. Oyunun sonlarında Azər Məhəmmədhəsənov “Qəbələ”nin bərabərlik qolunu vurdu və matç 1:1 hesabıyla sona çatdı.

 

QEYD: Bu layihə heç bir qurum tərəfindən maliyyələşmir. Ölkəmizdə uşaq futbolunun təbliğatı üçün çalışan Sportal.az bu layihəni öz imkanları hesabına həyata keçirir.  

 

U-13 Liqası

 

II tur

 

“Qəbələ” – “Rəvan” 1:1

Qollar: Azər Məhəmmədhəsənov, 38, - Sərxan Məmmədov, 32

 

Xəbər xətti