"Sumqayıt"ın hücumçusu Vaqif Cavadov bəyan edib ki, Azərbaycan yığmasına DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Norveç və Çexiya ilə oyunlarda kömək etməyə hazırdır. Sportal.az xəbər verir ki, futbolçu Azerisport.az saytına açıqlamasında bunları söyləyib:
"Yığmanın hər bir üzvü Norveç və Çexiya ilə oyunlara yaxşı hazırlaşmalıdır. Yaxşı oyun sərgiləmək və xal qazanmaq lazımdır. Yığmamız bütün seçmə mərhələlərdə sürprizə imza atmağı bacarıb. Norveç və Çexiya ilə oyunlarda da belə olacağına əminəm. Yığmada oynaya bilərəmmi? Bu sual məşqçilərə verilməlidir. Şəxsən mən yığmaya kömək etməyə hazıram".
Cavadov bu gün keçiriləcək "Qəbələ" - "Qarabağ" matçı ilə bağlı gözləntilərini də söyləyib: "Hər iki klub son dövrlər yaxşı oyun sərgiləyir. Onların hər ikisinə uğurlar arzulayıram. Məncə, bu oyunda qalib gələcək komanda çempionluğa real namizəd olacaq".
saytlarin hazirlanmasi