"Neftçi"də millinin futbolçuları ilə bağlı plan ÖZƏL

15:33 - 4 Oktyabr 2016

Mövsümə uğursuz başlayan “Neftçi” qış transfer pəncərəsində heyətdə böyük dəyişikliklər edəcək.

 

Sportal.az-ın əldə etdiyi məlumata görə, paytaxt klubu heyətini millimizin futbolçuları ilə gücləndirəcək. “Ağ-qaralar” ölkə xaricində çıxış edən, lakin heyətə düşməkdə çətinlik çəkən milli üzvlərini heyətə qatmağa çalışacaq.

 

“Trabzonspor”da Super Liqada debüt etməyən Ramil Şeydayev, “Boavişta”da heyətə düşə bilməyən Emin Mahmudov, son zamanlar Almaniya II Bundesliqasında “Aue”nin heyətində daha az forma şansı qazanan Dmitri Nazarov, “Ayntraxt” Braunşveyq klubunda baxışda olan Emil Balayev, “Sportinq”in üzvü Budaq Nəsirov, "Duysburq"un forvardı Tuğrul Erat, "Domjale"də ehtiyat oyunçular skamyasının daimi sakininə çevrilən Samir Məsimov kimi futbolçular “Neftçi”nin transfer hədəfindədir.

Xəbər xətti