Milli komandamızın sabiq üzvü Mahir Şükürovun "Neftçi"nin düşərgəsində olduğu barədə məlumatı diqqətinizə çatdırmışdıq.
Sportal.az xəbər verir ki, təcrübəli futbolçu artıq bir müddətdir "ağ-qaralar"ın heyətində məşqlərdə iştirak edir. Məqçilər korpusu hələ ki, 34 yaşlı futbolçu ilə bağlı qərar verməyib.
Milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilə zamanı "Sumqayıt"la yoxlama matçında üz-üzə gələcək "Neftçi" Şükürovu da sınaqdan keçirəcək. Təcrübəli müdafiəçi "kimyaçılar"la oyunda iştirak edəcək. Bundan sonra məşqçilər korpusu onunla müqavilə imzalanıb-imzalanmayacağı ilə bağlı qərar vercək.
Qeyd edək ki, "Sumqayıt" - "Neftçi" matçı 8 oktyabr, saat 16:00-da "Kapital Bank Arena"da baş tutacaq.
saytlarin hazirlanmasi