Avropa Liqasında “Fiorentina” (1:5), Premyer Liqada isə “Qəbələ”yə (0:2) məğlubiyyətdən sonra “Qarabağ”la bağlı müzakirələr çoxalıb. Komandanın oyununda ciddi eniş olduğunu iddia edənlər də var, uğursuz nəticələrin “Qarabağ”ın qol imkanlarından lazımınca yararlanmamasında görənlər də.
Real duruma aydınlıq gətirmək üçün Əfran İsmayılovla əlaqə saxladıq. Sportal.az saytına açıqlama verən “Qarabağ”ın yarımmüdafiəçisi vəziyyəti belə dəyərləndirdi:
“İlk dəfə deyil ki, belə situasiyaya düşürük. Demək olar ki, bütün komandalar zaman-zaman belə vəziyyətlə üzləşir. Əslində, bir az dərindən baxsaq, durumumuz elə də pis deyil. Sadəcə bir neçə oyunda pis nəticələrlə üzləşmişik. Bu vəziyyətdən ən yaxşı çıxış yolunu Qurban Qurbanov bilir. O, çatışmazlıqları, boşluqları aradan qaldıracaq”.
Son zamanlar yaxşı forma yığan, lakin “Fiorentina” ilə görüşdə zədələnən İsmayılov həm də öz durumuna aydınlıq gətirib:
“Çox məyusam. Həm millinin, həm Avroliqa, həm də çempionat oyunlarını buraxmaq məcburiyyətində qalmışam. Ancaq futbolda zədələrdən heç kim sığortalanmayıb. Müalicəmi davam elətdirirəm. Təxminən 4 həftədən sonra komandayla məşqlərə başlayacam”.
saytlarin hazirlanmasi