Azərbaycanda uşaq futbolunun təbliğatı istiqamətində fəaliyyətimizi davam etdiririk. Bu dəfə çəkiliş qrupumuz U-14 Liqasının 2-ci turu çərçivəsində keçirilən “Neftçi” – “Rəvan” matçında olub.
Liqanın ən güclülərindən olan “Neftçi” I turda “Neftçi” İK İB komandasını 3 cavabsız qolla yenmişdi. “Rəvan” isə 0:5 hesabıyla “Əlincə”yə məğlub olmuşdu. Bu oyunda da səviyyə fərqi özünü göstərdi. İlk dəqiqələrdən təşəbbüsü ələ alan “Neftçi” 15-ci dəqiqədə “Rəvan”ın qapısına yol tapdı – Nihad Fərəcli fərqləndi. Az sonra Novruz Əzimov “Neftçi”nin ikinci qolunu da vurdu.
Fasilədən sonra da oyunun ssenarisi dəyişmədi. 37-ci dəqiqədə Novruz Əzimov daha bir qol vurdu. 40, 41, 44-cü dəqiqələrdə fərqlənən Nihad Fərəcli pokerini rəsmiləşdirdi. Daha bir qol isə Kənan Tağızadədən gəldi.
QEYD: Bu layihə heç bir qurum tərəfindən maliyyələşmir. Ölkəmizdə uşaq futbolunun təbliğatı üçün çalışan Sportal.az bu layihəni öz imkanları hesabına həyata keçirir.
U-14 Liqası
2-ci tur
“Neftçi” – “Rəvan” 7:0
Qollar: Nihad Fərəcli, 15, 40, 41, 44, Novruz Əzimov, 22, 37, Kənan Tağızadə, 58
saytlarin hazirlanmasi