Emil Balayev: "Qarabağ"a transferim mənim üçün xoş oldu"

19:04 - 5 Oktyabr 2016

"Qarabağ" bu gün növbəti transferini reallaşdırıb.

 

Sportal.az xəbər verir ki, Ağdam klubu milli komandamıza da dəvət alan , azad agent statusu daşıyan qolkiper Emil Balayevlə bir illik müqavilə imzalayıb. Son klubu Almaniyanın "Ayntraxt" olan (2014-16) Emil Balayev bu komandadan ayrıldıqdan sonra “Qarabağ”ın düşərgəsində məşq edirdi.

 

Gənc qolkiper keçidi haqda klubun rəsmi saytına açıqlama verib:

 

"İlk olaraq, baş məşqçi Qurban Qurbanov və klub rəhbərliyinə mənə inandıqlarına görə təşəkkürümü bildirirəm, çalışacam ki, bu etimadı doğruldum. "Qarabağ"a transferim mənim üçün xoş oldu. Klubsuz qaldığım müddətdə də mənə bu komandada məşq etməyə icazə verdiklərinə görə bir daha təşəkkür edirəm. Belə səviyyəli komandayla məşq etmək mənə çox şey öyrətdi. Çalışacam, oyun praktikamı artıraraq gələcəkdə komandama kömək edim".

Xəbər xətti