"İstedadlı yetirmələri "Neftçi"dən didərgin saldılar"

10:07 - 6 Oktyabr 2016

Milli komandamızın üzvü Emil Balayevin "Qarabağ"la müqavilə imzalamasından xəbərdarsınız.

 

Sportal.az xəbər verir ki, “Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanov bu transferə şəxsi "facebook" profilində münasibət bildirib:

 

"Azərbaycanın ən perspektivli qapıçılarından biri olan "Neftçi"nin yetirməsi Emil Balayev "Qarabağ"la müqavilə bağlayıb. Vaxtilə "Ayntraxt"a yola salınanda FİFA-nın həmrəylik prinsiplərinə uyğun qapıçının 40 yaşına(!) qədər vəsait gələcəkdi "Neftçi"yə. Belə deyilmişdi...


Emil Balayev icarə əsasında "Sumqayıt", "Araz N."-da oyun praktikası qazanıb geri dönürdü, "Neftçi" üçün hazırlanırdı. "Ayntraxt"a havayı(!) verilən qapıçının müqaviləsinə bənd salınmalıydı. Azərbaycana geri dönəcəyi halda doğma komandasına qayıtmalıdır. İki ildi gəncləşdirmədən dəm vuranlar, illərin əziyyəti çəkilmiş istedadlı yetirmələrini "Neftçi"dən didərgin saldılar...

 

O futbolçular "Neftçi" üçün hazırlanırdı, əsas rəqiblərdən biri olan "Qarabağ" üçün yox...

 

Uğurlar Emil Balayev!".

Xəbər xətti