Norveç milli komandasının hücumçusu Tarik Elyunussi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, "Olimpiakos"da çıxış edən 28 yaşlı futbolçu Azərbaycan və San Marino ilə oyunlardan 6 xalla ayrılmaq istədiklərini bildirib:
“Milliyə yenidən dəvət alıdğım üçün çox xoşbəxtəm. Mərhələyə məğlubiyyətlə başlamaq yaxşı deyildi. Buna görə də, Azərbaycan və San Marino ilə matçlardan 6 xal qazanmalıyıq. Fikrimcə, bu çox asan işdi və bunu bacaracağıq”.
Qeyd edək ki, Norveçlə Azərbaycan arasındakı oyun oktyabrın 8-də, saat 20:00-da baş tutacaq.