Bu gün AFFA Klublar Komitəsinin iclasının keçirildiyini xəbər vermişdik.
Sportal.az xəbər verir ki, iclasdan sonra "Qarabağ"ın icraçı direktoru Əmrah Çəlikəl jurnalistlərin suallarını cavablandırıb. Klub rəsmisi "köhlən atlar"ın son vaxtlar uğursuz çıxış etməsinə də toxunub:
- "Qarabağ"ın hazırki durumu barədə nə deyə bilərsiz?
- Bu, hər bir klubun başına gələ bilər. Bunu "qara zolaq" kimi qəbul etmək olmaz. Çətin səfər oyunlarımız oldu. "Qarabağ"a dəstək olmaq lazımdı. Bu oyunlarda yaxşı təsir bağışlasaq da, xal qazana bilmədik.
- Düşünmürsüz ki, Rəşad Sadıqovun klubun U-19 komandasına məşqçi təyin olunması erkən verilmiş qərar idi?
- Xeyr. Bunun onun gələcəkdə yaxşı məşqçi olmasına xeyir verəcəyini düşünürəm. Bunun onun oyununa təsir edəcəyini düşünmürəm.
- Komandada müdafiə xəttində problemlər olsa da, qapıçı Emil Balayevi transfer etdiz...
- Emili yeni transfer saymaq olmaz. O, uzun müddətdi komandamızla məşq edir. O ki qaldı mərkəz xətdəki problemlərə, bu, baş məşqçinin qərarıdı.
- Bəs onun transferi niyə belə gecikdi?
- Çünki o, Almaniyada bir komandayla danışıqlar aparırdı. O klubla danışıqlar alınmayandan sonra bizimlə anlaşdı. Yəqin ki, ilk olaraq əvəzedici komandada oyuna çıxacaq.
- "Qarabağ"dan PAOK-la oyunda hansı nəticə gözləyək?
- Həmin oyunda çalışacağıq ki, yaxşı nəticə əldə edək.
- Respublika stadionunun vəziyyəti necədi?
- Hazırda vəziyyət yaxşıdı. Artıq problem qalmayıb.
- "Sumqayıt"la oyunun bu stadionda olacağı deyilir...
- Ola bilər. Ot örtüyünün vəziyyətinə baxacağıq. (komanda.az)